Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
“Şəhər infrastrukturunun kəmiyyət və keyfiyyət göstəricilərindən biri də ümumi olaraq təbii fəlakətlər zamanı infrastrukturunun sığortalanmasıdır. Yağış, qar, küləkli havalarda yol nəqliyyat hadisələrinin baş verməməsi, insanların xəsarət almaması və digər xoşagəlməz halların baş verməməsi üçün şəhər infrastrukturunun mükəmməlliyi vacib elementlərdən biridir”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. O qeyd edib ki, amma biz bunu konkret olaraq Bakı şəhərinə şamil etsək, onda bu qənaətə gəlmiş oluruq ki, Bakı Şərq üslubunda inşa edilib və müəyyən zamanlarda bir neçə il baş planı dəyişdirilib: “Ümumiyyətlə, baş plan əsasında yox, xaotik bir plan əsasında əsasən Sovet illərində şəhər infrastrukturunda kanalzasiya çirkab sularının axıdılması və idarə olunması üzrə bir konsepsiya yox idi. Müstəqillik qazanandan sonra bu, infrastruktur yeniləndi, inkişaf etdi. Yəni binalar inşa olunmağa başladı, məskunlaşma artdı. Ona görə də infrastruktur əvvəl necə idi, qurulan infrastruktur da onun üzərində quruldu. Bir növ yüklənmə artdı”.
Ekspert bildirib ki, onun üçün də artıq bu infrastrukturu söküb, yenisini çəkmək real görünmür: “Burada maddiyyatdan söhbət getmir. Həmin ərazilər elə bir infrastrukturda yerləşir ki, onun sökülməsi, qurulması maddiyyatdan əlavə, böyük dağıntılara, söküntülərə rəvac verə bilər. Ona görə də bu real deyil”.
A.Əsədov amma yeni texnologiya və infrastruktur ilə bunu qurmağın mümkün olduğunu dilə gətirib: “Yeni texnologiyalar inkişaf edib ki, bir neçə metr dərinliklərdə tunellərin, kanalların, qazma qurğuların inkişaf etdirilməsi, idarə olunması və çirkab suların təmizlənərək müəyyən ərazilərə axıdılmasını təmin etmək olsun. Biz ona fikir versək görəcəyik ki, çirkab suları 5 Xəzəryanı ölkədən və Xəzərin sahilində olan şəhərlərdən birbaşa dənizə axıdılır, birbaşa olmasa da dolayısı ilə Xəzərə axıdılır. Ona görə də bu, ümumi olaraq problem halına gətirib çıxarır”.