Azərbaycanın neft-qaz sektoruna bu il 4 mlrd. manatdan çox vəsait yönəldilib İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna bu il 4 mlrd. manatdan çox vəsait yönəldilib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 083,3 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 7,08% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.