Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 62%-dən çox azalıb İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 62%-dən çox azalıb

2024-cü ilin ilin yanvar- sentyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 11,7% azalaraq 34 milyard 498.17 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son bir ildə ölkə üzrə ixrac 25% azalaraq 19 milyard 854.93 milyon ABŞ dolları, idxal isə 16% artaraq 14 milyard 643.24 milyon ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinə 5 mlrd. 211.69 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 62,4% azdır.