Növbəti il üçün sosial müdafiə və sosial təminat xərcləri 420 mln. manatdan çox artırılır İqtisadiyyat

Növbəti il üçün sosial müdafiə və sosial təminat xərcləri 420 mln. manatdan çox artırılır

Növbəti ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 811 milyon 769,907 min manat vəsait nəzərdə tutulub.

"APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 420 milyon 339,411 min manat və ya 9.6% çoxdur.