Son 3 ildə aqrar sığorta ödənişləri 10 milyon manatı ötüb İqtisadiyyat

Son 3 ildə aqrar sığorta ödənişləri 10 milyon manatı ötüb

Son 3 il ərzində Aqrar Sığorta Fondu tərəfindən edilən sığorta ödənişləri təxminən 10,8 milyon manatı keçib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Siğorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bugünkü brifinqdə çıxışı zamanı bildirib.

O bildirib ki, edilən siğorta ödənişləri həm bitkiçilik, həm də heyvandarlıq siğortasını əhatə edib.

“Sığorta ödənişləri 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin bu gününə olan məlumata əsasən isə 4 milyon manata yaxın təşkil edib. Sığorta ödənişləri 1000-ə yaxın fermerə edilib. Ötən illə müqayisədə bu il fonda olan müraciətlərin sayında 42 faiz artım müşahidə olunur”, - deyə o qeyd edib.