Növbəti il üçün iqtisadi fəaliyyət xərcləri 1.5 mlrd. manata yaxın azaldılır İqtisadiyyat

Növbəti il üçün iqtisadi fəaliyyət xərcləri 1.5 mlrd. manata yaxın azaldılır

Növbəti ilin dövlət büdcəsinin layihəsində iqtisadi fəaliyyət xərcləri üçün 8 milyard 444 milyon 140,167 min manat vəsait nəzərdə tutulub.

"APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 458 milyon 596,859 min manat və ya 14.7% azdır.