Büdcədə dövlət şirkətlərinin dividendləri üzrə proqnoz 54 mln. manat artırılıb İqtisadiyyat

Büdcədə dövlət şirkətlərinin dividendləri üzrə proqnoz 54 mln. manat artırılıb

2025-ci ilin dövlət büdcəsinə dövlət şirkətlərinin dividendlərindən daxilolmalar üzrə proqnoz 54 mln. manat artırılıb.

"APA-Economics" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Belə ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilomalar 612,23 mln. manat müəyyən edilib.

Qeyd edək ki, cari il üzrə bu rəqəm 558,22 mln. manat təşkil edir.