Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Oktyabrın 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.79% – 43,077.70 bəndədək, S&P 500 indeksi 0.47% – 5,842.47 bəndədək, Nasdaq indeksi isə 0.28% –18,367.08 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə oktyabrın 16-da Fransanın CAC-40 indeksi 0.40% – 7,492.00 bəndədək, Almaniyanın DAX indeksi 0.27% –19,432.81 bəndədək azalıb, FTSE 100 indeksi isə 0.97% – 8,329.07 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,07% azalaraq 1.0854 dollar təşkil edib.