Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib

2024-cü il oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bu barədə Xalqcebhesi.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Sərnişinlərə tövsiyələr:

• Gecikmələrin qarşısını almaq üçün səfərlərinizi öncədən planlayın.

• Alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə edin.

• İctimai nəqliyyat vasitələrinə üstünlük verin. “Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir.