Aİ-də qaz anbarlarının dolumluluq səviyyəsi 95%-i ötüb İqtisadiyyat

Aİ-də qaz anbarlarının dolumluluq səviyyəsi 95%-i ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 95%-i ötüb.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 95,05% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 3,05 faiz bəndi çoxdur.

Qeyd olunub ki, hazırda anbarlardakı qazın ümumi həcmi 105,5 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.