Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Oktyabrın 21-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,80% – 42,931.60 bəndədək, S&P 500 indeksi 0,18% – 5,853.98 bəndədək azalıb, Nasdaq indeksi isə 0,27% – 18,540.01 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə oktyabrın 21-də FTSE 100 indeksi 0,48% – 8,318.24 bəndədək enib, Almaniyanın DAX indeksi 1% – 19,461.19 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.01% – 7,536.23 bəndədək azalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% artaraq 1.0819 dollar təşkil edib.