Bank sektorunun kredit portfeli son bir ildə 4,4 mlrd. manat artıb İqtisadiyyat

Bank sektorunun kredit portfeli son bir ildə 4,4 mlrd. manat artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 26 mlrd. 706,2 mln. manata çatıb.

“APA-Economics”in hesablamasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20% və ya 4,4 mlrd. manat çoxdur. Bu dövrdə bankların biznes kreditləri 19,3% və ya 2,3 mlrd. artaraq 14 mlrd. 408,1 mln. manata bərabər olub.

Son bir ildə bankların istehlak kreditləri 1,47 mlrd. manat artaraq 6 mlrd. 680.1 mln. manatdan 8 mlrd. 152,8 mln. manata yüksəlib.

İpoteka kreditləri isə bir ildə 3 mlrd. 523.1 mln. manatdan 4 mlrd. 145,4 mln. manata kimi artıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 624,3 mln. manat çoxdur.