Toğrul Əliyev: BOKT-larda kredit risklərinin idarə olunması üzrə yeni layihə hazırlanır İqtisadiyyat

Toğrul Əliyev: BOKT-larda kredit risklərinin idarə olunması üzrə yeni layihə hazırlanır

“Bank olmayan kredit təşkilatları” haqqında qanuna edilən dəyişikliklərdən irəli gələrək Mərkəzi Bankın tələblərində risk menecmentlə bağlı dəyişikliklər gözlənilir.

“APA-Economics” xəbər verir ki, bunu “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev deyib. O bildirib ki, bu məqsədlə bank olmayan kredit təşkilatlarında prudensial tənzimləmə qaydalarının yenilənməsi üzərində iş aparılıb. Eyni zamanda bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə olunması üzrə yeni qaydalarla bağlı layihə hazırlanıb.

“Sözügedən sənədlər həm, AMFA, həm də bank olmayan kredit təşkilatları sektoru üzrə müzakirə edilib, təklif və rəylər nəzərə alınıb. Bu yaxınlarda həmin sənədlərin qəbul eidlməsi gözlənilir. Mikro-maliyyə təşkilatlarının instisional potensialının gücləndirilməsi bizim üçün əsas hədəflərimizdən biridir” – Toğrul Əliyev əlavə edib.