AMB Azpul MMC-ni və onun vəzifəli şəxsini cərimələyib İqtisadiyyat

AMB Azpul MMC-ni və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT Azpul MMC-ni 50 min manat, onun vəzifəli şəxsini isə 10 min manat cərimə edib.

“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-ci maddələrinə müvafiq olaraq Bank olmayan kredit təşkilatı Azpul MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) manat və 10 000 (on min) manat məbləğində cərimə edilib.