Nazir: Yaxın zamanda “Yaşıl dəhliz” layihəsinin tərkib hissəsinə çevriləcək dəniz dibinin tədqiqi başa çatacaq İqtisadiyyat

Nazir: Yaxın zamanda “Yaşıl dəhliz” layihəsinin tərkib hissəsinə çevriləcək dəniz dibinin tədqiqi başa çatacaq

Biz Qara Dəniz Sualtı Kabel layihəsinin texniki-iqtisadi əsaslandırmasını tamamlamışıq.

“APA-Economics” xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq rəhbər komitənin iclasında deyib.

“Gürcüstan lap əvvəldən yaşıl enerji dəhlizinin fəal iştirakçısıdır, təkcə Cənubi Qafqazın enerji və “yaşıl” transformasiyası üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün vacib olan bu layihənin həyata keçirilməsində əhəmiyyətli irəliləyişlər əldə edib:

"Məsləhətçimiz CHESI ilə səmərəli əməkdaşlıq edir və əminəm ki, onların peşəkar fəaliyyətlərdə iştirakı bu mühüm işin uğuru üçün son dərəcə vacibdir".

Onun sözlərinə görə, yaxın aylarda “Yaşıl dəhliz” layihəsinin tərkib hissəsinə çevriləcək dəniz dibinin tədqiqi başa çatacaq.