Azərbaycandan Aİ-yə yaşıl enerji dəhlizi üzrə birgə müəssisənin yaradılması son mərhələdədir İqtisadiyyat

Azərbaycandan Aİ-yə yaşıl enerji dəhlizi üzrə birgə müəssisənin yaradılması son mərhələdədir

Biz Azərbaycandan Aİ-yə yaşıl enerji dəhlizi üzrə birgə müəssisənin yaradılmasının son mərhələsindəyik.

“APA-Economics” xəbər verir ki, Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq rəhbər komitənin iclasında deyib.

"Biz birgə müəssisənin yaradılmasının son mərhələsindəyik. Anladığım qədər, nizamnamə ilə bağlı müzakirələr demək olar ki, başa çatıb. Yekun töhfələr alınan kimi sənədləri ticarət reyestrinə təqdim edə biləcəyik. Biz Rumıniyada Rəqabət Şurası ilə geniş məsləhətləşmələr aparmışıq. Çünki qanuna görə, onlar Aİ hüdudlarından kənarda olan xarici investisiyaları yoxlamağa borcludurlar. İndi nizamnamə üzrə işlər başa çatdıqdan sonra elektrik enerjisinin ötürücü operatorumuz hər bir tərəfin təqdim etməli olduğu sənədlərin siyahısı təqdim edəcək”- nazir əlavə edib.