Nazir: Azərbaycan kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinə önəm verir - FOTO İqtisadiyyat

Nazir: Azərbaycan kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinə önəm verir - FOTO

Beynəlxalq ictimaiyyətin Azərbaycanda COP29 kimi beynəlxalq tədbirlərə qatılması stabilliyi görməsi və imkanları kəşf etməsi baxımından önəmlidir. Bu həm də əlavə maliyyə və investisiyalar deməkdir.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində “Better Cotton” (Daha Yaxşı Pambıq) mövzusunda keçirilən tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda pambıq əkilən sahələr hər il artır. Amma narahatedici əsas məqamlardan biri su ehtiyatlarının məhdud olmasıdır.

O həmçinin əlavə edib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinə önəm verir, bu sahədə rəqəmsallaşmaya fokuslanıb. Texnologiyaların Azərbaycana gətirilməsinə tətbiq edilməsinə çalışırıq. Əsas məsələrdən biri fermerlərin bacarıqlarınının artırılması və qeyri ənənəvi əkin sisteminin inkişaf etdirilməsidir.

“Düşürəm ki, COP29 çərçivəsində keçirilən bu müzakirələr bizə təcrübələrin paylaşılması baxımından fürsətlər yaradır” - nazir əlavə edib.

Nazir: Azərbaycan kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinə önəm verir - FOTO