Vüqar Gülməmmədov: İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər digər ölkələr üçün aktualdır İqtisadiyyat

Vüqar Gülməmmədov: İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər digər ölkələr üçün aktualdır

İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər bu sahə üzrə bir sıra çağırışların olduğunu göstərir.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir. Hesab edirik ki, bunların əksəriyyəti bütün ölkələrin ali audit orqanları üçün aktualdır.

"Bunlardan biri yaşıl həllərin tətbiqinin bəzi hallarda ənənəvi standartlara uyğun gəlməməsi və milli qanunvericikdə dəyişikliklərin tələb olunması ilə bağlıdır. Bundan əlavə, iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsində problemlər, habelə etibarlı məlumatlara çıxışda çətinliklər, iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının çox olmaması, yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsi, iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olması, həmçinin auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqların formalaşmasına ehtiyacı aid etmək olar. İqlim auditinin miqyasının, habelə bu auditlərdə əhəmiyyətliliyin müəyyən edilməsində çətinliklər, audit proseslərinə qlobal çərçivələrin, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurət var", - Palata sədri əlavə edib.