10 ayda əsas kapitala 14 mlrd. manatdan çox vəsait yönəldilib İqtisadiyyat

10 ayda əsas kapitala 14 mlrd. manatdan çox vəsait yönəldilib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 391,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az investisiya yönəlib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,0 faiz azalmışdır. İstifadə olunmuş investisiyanın 7308,6 milyon manatı və ya 50,8 faizi məhsul istehsalı sahələrinə, 5162,4 milyon manatı (35,9 faizi) xidmət sahələrinə, 1920,1 milyon manatı (13,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 11943,1 milyon manatını və ya 83,0 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 10409,9 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.