Dolların kursu və üzən məzənnəyə keçid... - Rəsmi İqtisadiyyat

Dolların kursu və üzən məzənnəyə keçid... - Rəsmi

Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

“Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik”, –T. Kazımov bildirib.