IRU-nun baş katibi: İctimai nəqliyyata investisiyalar emissiyaları azalda bilər İqtisadiyyat

IRU-nun baş katibi: İctimai nəqliyyata investisiyalar emissiyaları azalda bilər

"Avtobuslara dəmiryolundan 10 dəfə az sərmayə tələb olunur. Əlbəttə, bizə dəmir yolu da lazımdır, lakin daha çevik həll üçün avtobuslara sərmayə qoymaq lazımdır ki, insanları fərdi nəqliyyatın istifadəsini azalda bilək".

APA xəbər verir ki, bunu COP29-da Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto De Pretto deyib.

O həmçinin bildirib ki, eko yüklərdən istifadə edərək karbon emissiyalarını 30% azaltmaq mümkündür.

“Daha çətin hissəyə baxsaq, bu enerji məsələsidir. Hidrogenə necə keçəcəyik? Karbon neytral olan digər yanacaqlara necə keçəcəyik? Bu sərmayə tələb edəcək, infrastruktur tələb edəcək, amma bütün bunların məqsədi budur ki, danışmağı dayandıraq və hərəkətə başlayaq”- IRU-nun baş katibi əlavə edib.