Hesablama Palatası İSF-nin büdcəsi ilə bağlı bir sıra təkliflər verib İqtisadiyyat

Hesablama Palatası İSF-nin büdcəsi ilə bağlı bir sıra təkliflər verib

Hesablama Palatası işsizlikdən sığorta fondunun (İSF) büdcəsi ilə bağlı bir sıra təkliflər verib.

“APA-Economics” xəbər verir ki, bu Hesablama Palatasının İSF-nin 2025-ci il büdcəsinə rəyində bildirilib.

Qeyd edək ki, əsas təkliflər aşağıdakılardan ibarətdir:

Layihə ilə birgə təqdim edilmiş İzahatda Fondun gəlir və xərclərinə təsir edən əsas göstəricilər, o cümlədən məşğul əhalinin sayı və sektorlar üzrə bölgüsü, orta aylıq əmək haqqı məbləği, işsizlərin və işaxtaranların sayı, peşə hazırlığı mərkəzlərinin fəaliyyətini əsk etdirən göstəricilər, özünüməşğulluq tədbirlərinin əhatə dairəsi və əldə edilmiş nəticələr, bu istiqamətlər üzrə proqnoz göstəricilərinin və dəyişmə meyillərinə təsir edən amillərə, xüsusilə Fondun maliyyə dayanıqlılığına təsir göstərəcək risklərə dair məlumatların İzahata daxil edilməsi ilə məlumatlılıq səviyyəsinin yüksəldilməsi.

Vergi orqanları tərəfindən işsizlikdən sığorta haqları üzrə hesablanmış faiz və maliyyə sanksiyalarından daxilolan vəsaitlərin bölgüsünün istifadəsi ilə bağlı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklərin edilməsi.

Zəruri hüquqi tənzimlənmələr aparmaqla işsizlikdən sığorta fondunun sığorta ehtiyatlarının yaradılması və qalıq vəsaitin bir hissəsinin sığorta ehtiyatlarına yönəldilməsi, həmin məbləğin büdcə layihələrində əks etdirilməsi.

Zəruri tənzimləmələrin həyata keçirilməsi ilə investisiya fəaliyyətini əhatə edən göstəricilərin Layihədə büdcənin müvafiq parametrlərinə əlavə olunması.

Fondun gəlir və xərc potensialı diqqətə alınmaqla büdcəsinin tərtibi prinsiplərinə yenidən baxılması.

İdarəetmə xərclərinin yuxarı həddinin müəyəynləşdirilməsi.