Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq İqtisadiyyat

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2024-cü ilə nisbətən 5,3% çoxdur.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.