

15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 913.7 milyon manat xalis mənfəət əldə edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 0.6% çoxdur. 2023-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektoru 908.2 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların əməliyyat mənfəəti isə 5.3% artaraq 1 422.4 milyon manata bərabər olub.
2024-cü ilin 10 ayında bankların mənfəət vergisi 213.9 mln. manat təşkil edib.