Bank sektorunun xarici öhdəlikləri bu il 28 mln. manatdan çox artıb İqtisadiyyat

Bank sektorunun xarici öhdəlikləri bu il 28 mln. manatdan çox artıb

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən bu il noyabrın 1-nə 28.4 mln. manat artaraq 2 mlrd. 626.5 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan artım əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.