Ən aşağı kredit faizləri bu rayonlarda verilir İqtisadiyyat

Ən aşağı kredit faizləri bu rayonlarda verilir

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) qeydə alınıb.

Xalqcebhesi.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə görə, bu rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi 19,21% olub.

Ən aşağı faiz dərəcəsi isə paytaxt Bakıda (11,68%) müşahidə olunub.

Verilən kreditlərin 76,8%-i (20,8 milyard manat) Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri aşağı (13,04%) olub.

Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda (Beyləqan, İmişli, Saatlı və Sabirabad) qeydə alınıb. Bu rayonda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 15,01% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcəsi isə Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb - 5,09%.