Dünya bazarlarında neft yenidən bahalaşıb İqtisadiyyat

Dünya bazarlarında neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,57% artaraq 1 barelə görə 72,25 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,56% artaraq 1 barelə görə 68,39 ABŞ dolları olub.