ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb İqtisadiyyat

ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu artırıb.

"APA-Economics" xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 0,7 faiz bəndi artıraraq 4,2%-ə yüksəldib.

Korporasiya 2025-ci il üzrə isə iqtisadi artımın 2,6%, 2026-cı ilin dördüncü rübü üzrə isə 2% proqnozlaşdırdığını açıqlayıb.