Qızılın orta qiyməti bu il 2 400 dollardan aşağı səviyyədə qərarlaşacaq - PROQNOZ İqtisadiyyat

Qızılın orta qiyməti bu il 2 400 dollardan aşağı səviyyədə qərarlaşacaq - PROQNOZ

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) qızılın bir troya unsiyasının orta qiyməti üzrə proqnozunu açıqlayıb.

Bu barədə "APA-Economics" "ING Group"un iyul ayı üzrə proqnozuna istinadən xəbər verir.

"ING Group"in proqnozuna əsasən, 2024-cü ildə qızılın bir troya unsiyasının orta qiyməti 2 397 ABŞ dolları, 2025-ci ildə isə 2 760 dollar təşkil edəcək.

Bundan başqa "ING Group" qızılın 2026-cı ildə qiymətinin 2 700 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, hazırda qızılın bir troya unsiyasının qiyməti təqribən 2 670 dolları səviyyəsində qərarlaşıb.