Münaqişələrin dolların kursuna təsiri... - İqtisadçı İqtisadiyyat

Münaqişələrin dolların kursuna təsiri... - İqtisadçı

Hazırda dünya siyasətində aktivlik müşahidə olunur. Fərqli regionlarda münaqişələr alovlanıb. Bu isə istər-istəməz dolların kursu, neft-qaz qiymətlərinə təsirsiz ötüşmür.

Xalqcebhesi.az xəbər verir ki, deputat, iqtisadçı Vüqar Bayramov Globalinfo.az-a açıqlamasında bütövlükdə dünya bazarında volatilliyin müşahidə olunduğunu bildirib.

O bildirib ki, hazırda “Brent” markalı neftin bir barreli 74 dollara təklif olunur:

“Yəni praktiki olaraq mövcud qiymət Azərbaycan üçün məqbul hesab oluna bilər. Amma 2025-ci il üçün fərqli proqnozlar var. Son proqnozlara əsasən, 2025-ci ildə neftin bir barreli 70 dollardan aşağı düşəcək. Əvvəlki proqnozlarda 70-80 dollar göstərilirdi, amma siyasi qərarlar qiymətlərə təsir etdi. OPEK+ öhdəliklərə riayət edib neft hasilatını artırmasa, qiymətlərdə ciddi dəyişiklik olmayacaq”.

İqtisadçı qeyd edib ki, dolların kursu sabitdir:

“Xüsusilə xarici valyutalara nisbətən məzənnədə artım müşahidə edilir. Dolların məzənnəsinin səbət valyutalara nəzərən artması gələn il də müşahidə ediləcək.

Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olacaq. Neft qiymətlərində də dəyişiklik olmasa, manatla bağlı risk olmayacaq”.