Sumqayıt və Lənkəranda güzəştli mənzillərin satışına başlanılıb İqtisadiyyat

Sumqayıt və Lənkəranda güzəştli mənzillərin satışına başlanılıb

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəranda mənzillərin güzəştli satışına başlayıb.

“APA-Economics” xəbər verir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı bu gün saat 11:00-da başlayıb və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Xatırladaq ki, mənzillərin seçimi “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında aparılacaq.