Bu avtomobil şirkəti ləğv edilir İqtisadiyyat

Bu avtomobil şirkəti ləğv edilir

BİZİM AVTO Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinin məlumatında bildirilib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 1A, mənzil 8 ünvanına bildirə bilərlər.

BİZİM AVTO Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Eşqin Vaqif oğlu Vəliyevdir.