Mərkəzi Bank "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyasını ləğv edib İqtisadiyyat

Mərkəzi Bank "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı investisiya şirkətinin lisenziyasını ləğv edib.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.

Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq "Plato Capital and Co. İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir.