Azərbaycana tibbi maska istehsalı üçün idxal edilən xammalın gömrük rüsumundan azad edilmə müddəti 3 il uzadılıb İqtisadiyyat

Azərbaycana tibbi maska istehsalı üçün idxal edilən xammalın gömrük rüsumundan azad edilmə müddəti 3 il uzadılıb

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərar tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutur.

Həmçinin, Qərarda 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dollar senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutulur.