İsveçrə “Qarabağ konfransı” təklifini rədd etdi
17 Dekabr 23:31
17 Dekabr 23:31
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 241 milyon 94 min ABŞ dolları dəyərində 1 milyon 117 min 277 ton buğda idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2% və ya 22.3 min ton çox, məbləğ baxımından isə 15% və ya 42.3 milyon ABŞ dolları azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.28%-nə bərabər olub.
Qeyd edək ki, 2024-cü ilin 11 ayında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.6% azalaraq 366.8 manat təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycana buğda əsasən Rusiyadan idxal edilib.