İslam Korporasiyası xətti ilə ilk kredit müqaviləsi imzalandı İqtisadiyyat
- 19 Dekabr 23:59
- 875
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Xətti ilə Rabitəbank tərəfindən verilən ilk kreditin müqaviləsinin imzalanma mərasimi keçirilib
Xalqcebhesi.az xəbər verir ki, 19 dekabr 2024-cü il tarixində Rabitəbank, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini Alizadeh MMC ilə imzalayıb. Bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də islam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyıb.
Müqavilənin imzalanma mərasimi Rabitəbankın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekinin, həmçinin Alizadeh MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə baş tutub.
Mərasimdə çıxış edən Orhan Gültekin qeyd edib ki, “Bu kredit müqaviləsi, yalnız Rabitəbankın fəaliyyətindəki mühüm bir mərhələ deyil, həm də İslam Korporasiyasının (ICD) Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirmək məqsədinə xidmət edir. Rabitəbank olaraq, ölkəmizin maliyyə sistemində yeni imkanların yaranmasına dəstək olmağı və yerli sahibkarların inkişafını təmin etməyi öz vəzifəmiz hesab edirik.”
Alizadeh MMC-nin direktoru Kazım Mustafazadə, öz çıxışında “Rabitəbank ilə imzalanan bu müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini qeyd edib. Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız bizim üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmlidir.”
Qeyd edək ki, Rabitəbankın Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı, Azərbaycanda islam qaydalarına uyğun maliyyə həllərinin genişləndirilməsi və yerli müəssisələrin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm bir addımdır.
Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
- 00:10
- 882
- 19 Dekabr 17:45
- 994
- 19 Dekabr 17:33
- 1 183
-
Ursula fon der Leyen: Aİ Ukraynaya 130 milyard avro yardım edib
-
İspaniya Ukraynaya hərbçi göndərməyi planlaşdırmır
-
Bakıda qadın ərini bıçaqlayıb
-
KİV: Aİ Ukraynaya sülhməramlıları "NATO bayrağı altında" göndərməyəcək
-
Tramp və Şolz Ukraynada davam edən müharibəni müzakirə ediblər
-
Qəzzada son sutkada 30-dan çox fələstinli öldürülüb
-
Onların məhvi üçün yeni hakimiyyətlə işləyirik - Türkiyə MMN
-
Ucuz mənzil satılan ərazilərin siyahısı açıqlandı - Video
-
"Sevilya" ilə razılığa gələ bilmədik, lakin... - "Qarabağ" rəsmisi
-
Əli Əsədov Misirdə Ümummilli Liderin xatirəsini yad etdi - Foto
-
Türk ordusu bu müddətdə 3 minə yaxın terrorçunu məhv edib
-
Putin və Mirziyayev generalın qətlindən danışdı
-
Kiyev bu iki təklifi rədd etdi
-
Türkiyə klubları Qurbanova dəvət göndərib - Rəsmi
-
Mağaza sahibi ondan şikayət edən müştərisini öldürdü
-
Ordusu olmayan ölkələr: Onları kim qoruyur?
-
Paşinyan etiraf etdi: Silahlanırıq
-
İslam Korporasiyası xətti ilə ilk kredit müqaviləsi imzalandı
-
Qarabağdan 6 kisə taxıl gətirmək istədi, həbs olundu
-
Bu müqavilə artıq mövcud olmayacaq - Putin
-
Ərdoğan Misirdə Pezeşkianla görüşə bilər
-
Ərdoğan Sisi ilə nələri müzakirə etdi?
-
ABŞ Colaniyə sanksiyaları ləğv edəcək
-
Rusiyada generalı öldürən özbək həbs edildi
-
Çin Rusiyadan daha təhlükəlidir - Kendall
-
Zelenski Avropaya səsləndi: Qoşun göndərin!
-
İsrail HHQ Qəzzada məktəblərə zərbə endirdi
-
AB Ukraynaya gələn il 30,6 milyard dollar ayıracaq
-
Putinin Türkiyəyə qarşı iki sensasion ifadəsi…
-
Bakıda musiqi alətləri satılan mağaza yandı - Video
-
Zelenskidən Putinin "duel" təklifinə sərt reaksiya...
-
Qafar Dəmirçi azadlığa buraxıldı
-
Prezident: D-8 ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul edib, bu, bizim üçün qürur mənbəyidir
-
Prezident İlham Əliyev Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
-
Bakıya qarşı iddiaları geri götürməyə hazırıq - Paşinyan
-
Paşinyan: Düşünürəm ki, Ermənistan-Azərbaycan Delimitasiya Komissiyaları tezliklə bir araya gələcək
-
Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib
-
Fidan Arakçı ilə Suriya və Qəzzanı müzakirə etdi
-
Türkiyə və Pakistan liderləri Qahirədə görüşüb
-
Azərbaycan Qəzza sakinləri ilə həmrəydir - Baş nazir
-
İsrail dünyadan təcrid edilməlidir - Ərdoğan
-
Milli Məclis AP-nin qətnaməsini pislədi
-
Jirinovskinin bütün proqnozları özünü doğruldur - Putin
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
-
Ölkəmi heç vaxt tərk etməyəcəyəm - Prezident
-
İcmadan Fransa səfirinə: Bu, Borrellin tezisinin davamıdır...
-
Adil Kərimli Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
-
Əli Əsədov D-8 çərçivəsində Ərdoğan, Pezeşkian və Əbdülfəttah əs-Sisi ilə görüşüb
-
Britaniya Gürcüstanın daxili işlər nazirinə sanksiya tətbiq edib
-
Milli Məclisin payız sessiyası dekabrın 29-da başa çatacaq
-
İlham Əliyev daha 2 fərman imzaladı
-
Juninyo bu xəbəri eşidəndə çox sevindi – Qurbanov
-
Sisi Azərbaycanı təbrik etdi
-
Ov etmək üçün onlayn icazə niyə tətbiq olunmur? – Rəsmi
-
Balıqçılıq və Akvakultura Mərkəzi yaradıldı
-
AMB 6 sığorta şirkətinə məcburi göstəriş verdi
-
Nazirlikdən məktəbdə baş verən hadisə ilə bağlı açıqlama
-
"Kia" yoldan çıxaraq aşdı: ölənlər var
-
Ərdoğanla daim təmasdayıq - Putin
-
İsrail 3 ölkəyə hücuma hazırlaşır – İranın “arxa bağçası” vuruldu