Bu il Azərbaycanda 22 minə yaxın işəgötürən tərəfindən 600 min vakansiya yerləşdirilib İqtisadiyyat

Bu il Azərbaycanda 22 minə yaxın işəgötürən tərəfindən 600 min vakansiya yerləşdirilib

2024-cü ilin 11 ayında Azərbaycanda 22 minə yaxın işəgötürən tərəfindən 600 min vakansiya yerləşdirilib.

“APA-Economics” xəbər verir ki, bunu “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfransda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov deyib.
O bildirib ki, bu il ərzində 144 əmək yarmarkası keçirilib və bu yarmarkalarda 2 min işəgötürən iştirak edib. Bu il həmçinin işğaldan azad edilmiş ərazilərdə 6 əmək yarmarkası keçirilib.