Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
24 Dekabr 23:16
24 Dekabr 23:16
24 Dekabr 22:22
24 Dekabr 13:13
"1999-cu ildə əsası qoyulan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) hazırki aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olub".
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Neft Fondunun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaqda ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib.
O bildirib ki, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb. Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir: "Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir".