"ADY Ekspress" yenidən təşkil olundu İqtisadiyyat

"ADY Ekspress" yenidən təşkil olundu

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC yenidən təşkil olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu, səhmdar cəmiyyətinə məxsus digər şirkətin - “ADY Konteyner” MMC-nin ona qoşulması ilə baş verib.

Son nəticədə "ADY Konteyner"ə məxsus 5 000 830 manatlıq nizamnamə kapitalı "ADY Ekspress"in hesabına köçürülüb. Bununla da, onun kapitalı 1 911 634 manatdan 6 912 464 manata çatdırılıb.

Birləşmə ADY-nin Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilib.