Azərbaycanda şirkətin nizamnamə kapitalı 32 mln. manatdan çox azaldılır İqtisadiyyat

Azərbaycanda şirkətin nizamnamə kapitalı 32 mln. manatdan çox azaldılır

"Bakı Çayçəkici" ASC nizamnamə kapitalının 32 milyon 630,6 min manatdan, 171 min 740 manata azaldığını elan edib.

“APA-Economics” xəbər verir ki, nizamnamə kapitalının azalması ilə əlaqədar kreditorlar bir ay ərzində tələblərini AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsi, ev 21 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 19.06.2004 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Ayaz Babayev Şaiq oğludur.