Bayram günlərində bankların iş qrafiki açıqlanıb İqtisadiyyat

Bayram günlərində bankların iş qrafiki açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bayram günlərində bankların iş qrafikini açıqlayıb.

AMB-dən "APA-Economics"ə bildirilib ki, 30 dekabr 2024 – 5 yanvar 2025–ci tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

"Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək"- AMB əlavə edib.

Bayram günlərində iş qrafiki:

Banklar

"Azәrpoçt" MMC

Valyuta mübadilə məntəqələri