Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 22:09
30 Dekabr 2024 18:06
30 Dekabr 2024 16:54
Artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumunun qaytarılma müddəti azaldılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılma müddəti 20 gündən 10 günə endiriləcək.
Qeyd edilib ki, dövlət rüsumunun tutulması qısa müddətdə həyata keçirilsə də, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılma müddəti qanunda 20 gün müəyyən edilib. Adıçəkilən sistemin yaradılması artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumunun geri qaytarılması ilə bağlı müraciətlərə operativ baxılmasını mümkün etdiyindən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə rüsumların geri qaytarılması müddətinin 10 günə endirilməsi təklif olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.