Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 6-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.06% – 42,706.56 bəndədək azalıb, S&P 500 indeksi 0.55% – 5,975.38 bəndədək, Nasdaq indeksi isə 1.24% – 19,864.98 bəndədək artıb.

Xalqcebhesi.az-ın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 6-da FTSE 100 indeksi 0.31% – 8,249.66 bəndədək, Fransanın CAC-40 indeksi isə 2.24% – 7,445.69 bəndədək artıb, Almaniyanın DAX indeksi 1.56% – 20,216.19 bəndədək artıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.02% artaraq 1.0392 dollar təşkil edib.