Əmtəə bazarlarında qızılın qiyməti artıb İqtisadiyyat

Əmtəə bazarlarında qızılın qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,25% artaraq 2 654 ABŞ dollarına bərabər olub.

Xalqcebhesi.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0.22% artaraq 30.65 ABŞ dollarına bərabər olub.