Mərkəzi Bankın strukturunda bəzi dəyişikliklər olub İqtisadiyyat

Mərkəzi Bankın strukturunda bəzi dəyişikliklər olub

Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda bəzi dəyişikliklər olub.

Bu barədə Xalqcebhesi.az-a AMB-dən bildirilib. Məlumata görə, Bankların fəaliyyətinə nəzarət, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət və beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentləri yaradılıb. Bankların fəaliyyətinə nəzarət departamentinə Rzayev Samir Eyvaz oğlu, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə isə İsmayılov Xəyyam Osman oğlu direktor təyin edilib. Həmçinin, sədrin ofisi şöbəsinə Dosduzadə Xanım Nüsrət qızı rəis təyin edilib, maliyyə monitorinqi departamentinə direktoru vəzifəsində isə Samir Rzayevin əvəzinə Abdullayev Orxan Adil oğlu təyin edilib.

Bundan əlavə, kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilib. Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Səbziyev Fuad Elxan oğlu isə vəzifəsindən ayrılıb.