Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 8-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.25% – 42,635.20 bəndədək, S&P 500 indeksi 0.16% – 5,918.25 bəndədək artıb, Nasdaq indeksi isə 0.06% – 19,478.88 bəndədək azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 8-da FTSE 100 indeksi 0.07% – 8,251.03 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.49% – 7,452.42 bəndədək, Almaniyanın DAX indeksi 0.05% – 20,329.94 bəndədək azalıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.07% azalaraq 1.0311 dollar təşkil edib.