"Baku Elektronics" barəsində inzibati xəta protokolu tərtib edilib İqtisadiyyat

"Baku Elektronics" barəsində inzibati xəta protokolu tərtib edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması barədə maddəsinə uyğun olaraq "Baku Elektronics" MMC barəsində protokol tərtib edib.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, şirkətə qarşı tərtib edilən inzibati xəta protokolunun mahiyyəti satılmış keyfiyyətsiz malın (müqavilə şərtlərinə uyğun olmayan mal) qaytarılmaması ilə bağlı olub.