Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı İqtisadiyyat

Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı

Yanvarın 7-dən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükü texniki səbəblərə görə müvəqqəti dayandırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bulqarqaz" məlumat yayıb.

Qaz verilişinin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.

"Bulqarqaz" müvəqqəti olaraq yaranan problemi Türkiyənin BOTAŞ şirkətinin ehtiyatları hesabına aradan qaldırıb.