İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ayıracağı qrantın maksimum həcmi müəyyənləşib İqtisadiyyat

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ayıracağı qrantın maksimum həcmi müəyyənləşib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 500 000 (beş yüz min) manatdan artıq olmamalıdır.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə yeni redaksiyada təsdiqlənən “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydasında əksini tapıb.

Qaydaya əsasən, hər bir qalibə layihə üzrə qrant ödənişlərinin mərhələlərini və məbləğlərini Agentlik müəyyən edəcək və müsabiqə şərtlərində əks etdirəcək.

Qaydaya əsasən, layihələr Azərbaycan dilində, layihə xarici ekspertlər tərəfindən qiymətləndirməyə təqdim olunduqda isə xarici dilə (ingilis və rus dillərinə) tərcümə olunaraq tərtib edilməlidir. Müsabiqə iştirakçısının Agentlik tərəfindən keçirilən hər müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququ var.