Şahbaz Şərif Bakıya gəlir: Sazişlər olacaq
10 Yanvar 22:36
10 Yanvar 22:36
10 Yanvar 13:19
Bakının 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiqəyə çıxarılır.
Bu barədə Xalqcebhesi.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, müsabiqə üçün sənədlər fevralın 8-i saat 17:00-dək Agenlikdə (Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi - “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi - “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə iki Lotda martın 4-də baxılacaq.